Vəli Qasımov efirdə gözləmədiyi vəziyyətə düşdü

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı azərbaycanlı futbolçu və futbol məşqçisi Vəli Qasımov olub.

Sportline.az xəbər verir ki, Əməkdar artist Ədalət Şükürov studiyaya zəng vuraraq Vəli Qasımovla ispanca danışıb.

Müğənni ispan dilini necə öyrəndiyini də deyib: “İspan dilini Sankt-Peterburqda öyrənmişəm, amma Bakıya qayıdanda danışmağa adam tapmıram. Çox istəyərdim Vəli müəllim bu dili unutmasın. Dünyada ikinci dildir”.

Banner