Vəli Qasımov: "Finalın qanunu belədir"
“Biz ölkənin ən güclü komandasına qarşı oynadıq”. SportLine.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib. Ölkə kubokunun final matçı haqda təəssüratlarını bölüşən mütəxəssis məğlubiyyəti belə şərh edib: “Oyun çox gərgin alındı. Rəqib bizdən yaxşı futbol oynadı. Düzdür, futbolçularımız pis təsir bağışlamadılar, amma son dəqiqələrdə qoldan qaça bilmədik. Məğlubiyyətə görə təəssüflənirik. Amma, neyləmək olar? Finalın qanunu belədir. Bir qol məsələni həll edir”.