Velosipedçinin müəmmalı ölümü hər kəsi şoka saldı

Yeni Zelandiyadan olan velosipedçi Oliviya Podmore dünyasını dəyişib.

Sportline.az NZ telekanalına istinadən xəbər verir ki, idmançı 25 yaşında dünyasını dəyişib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib. Podmore daha əvvəl instaqramda ən yüksək səviyyədə çıxış etməyin çətinliklərindən yazıb və Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmədiyi üçün peşman olduğunu bildirib. Daha sonra isə həmin yazı silinib.

2017-ci ildə Yeni Zelandiya çempionu olmuş Oliviya Podmore 2016-cı ildə Rio olimpiadasında da iştirak edib.