Velosiped federasiyası transseksuallara qadağa qoydu

Böyük Britaniya Velosiped İdmanı Federasiyası transgender idmançıların qadınların peşəkar yarışlarında iştirakını qadağan edəcək.

Sportline.az xəbər verir ki, qərar elmi araşdırmalar və məsləhətləşmələr nəzərə alınaraq qəbul edilib. 

Bundan sonra cinsiyyəti doğulanda kişi olan velosipedçilər açıq kateqoriyada (kişilər və transgenderlərin yarışı) iştirak edə biləcəklər. Qadınların yarışlarında isə yalnız qadın kimi doğulanlar mübarizə aparacaqlar.

Yeni qərar 2023-cü ilin sonuna kimi təsdiqlənəcək.