Verrati milliyə qayıdır
Verratti yenidən İtaliya millisində oynaya bilər.
Sportline.az xəbər verir ki, Marko Verrattinin İtaliya millisində geri dönüşü gündəmə gəlib. Məlumata görə, təcrübəli yarımmüdafiəçi milli komandanın məşqçilər heyəti ilə görüşüb və özünü yenidən millidə oynamağa tam hazır hiss etdiyini bildirib.
Futbolçu fiziki və psixoloji baxımdan yaxşı durumda olduğunu vurğulayıb və qarşıdakı vacib oyunlarda komandaya kömək edə biləcəyini qeyd edib.