"Vest Hem" forvardı ilə vidalaşır

"Vest Hem Yunayted"in almaniyalı forvardı Niklas Füllkurq qışda komandadan ayrılacaq.

Sportline.az xəbər verir ki, oyunçu klubdaki mövqeyindən narazıdır.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, Füllkurqun dəyəri "Transfermarkt" portalına görə, 10 milyon avrodur.