“Vest Hem” futbolçusunu satmaq istəmir

"Vest Hem Yunayted"in rəhbərliyi brazilyalı yarımmüdafiəçisi Lukas Paketanı satmaq niyyətində deyil.

Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, London klubu oyunçunun maaşının artırılmasına razıdır.

Rəhbərlik Paketaya həftəlik 150 min funt sterlinq maaş təklfif etməyi planlaşdırır.

Qeyd edək ki, sözügedən futbolçunun klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.