"Vest Hem" yanvar ayında heyətini gücləndirməyi planlaşdırır

"Vest Hem Yunayted"in rəhbərliyi yanvar ayında heyətə yeni futbolçular transfer etməyi planlaşdırır.

Sportline.az "Sun Sport"a istinadən xəbər verir ki, əsas hədəflərdən biri "Norviç"in oyunçusu Coş Sarqentdir.

25 yaşlı forvardın transfer qiyməti 15 milyon avrodur.

Qeyd edək ki, ABŞ millisinin üzvü bu mövsüm meydana çıxdığı 21 oyunda 7 qol, 3 asistlə yadda qalıb.