“Vest Hem” yeni hücumçu axtarışına çıxıb
"Vest Hem Yunayted" klubu yanvar ayında yeni hücumçu transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əsas hədəf "Rio Ave"nin futbolçusu Kleytondur.
"Team Talk"un yaydığı məlumata görə, London klubu bu keçid üçün qarşə tərəfə 10 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kleyton cari mövsüm meydana çıxdığı 13 matçda 10 qol, 2 asistlə yadda qalıb.