“Vest Hem”də dəyişiklik olacaq

“Vest Hem Yunayted”in rəhbərliyi baş məşqçi Nuno Esperito Santo ilə yolları ayırmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Yakop Steynberq məlumat yayıb.

Portuqaliyalı mütəxəsislə futbolçular arasında münasibət yaxşı vəziyyətdə deyil.

Qeyd edək ki, N.Esperito Santonun “Vest Hem”lə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.