“Vest Hem”dən ayrılmaq istəyir

Niklas Füllkruq “Vest Hem Yunayted”dən ayrılmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu haqda “The Athletic” nəşri məlumat yayıb.

32 yaşlı forvard London klubunda xoşbəxt olmadığını söyləyib.

Qeyd edək ki, almaniyalı futbolçu “Vest Hem”ə 2024-cü ilin yayında “Borussiya Dortmund”dan 27 milyon avro qarşılığında transfer olunmuşdu.