"Vest Hem"dən "Mançester Yunayted"ə təkli var

"Vest Hem" "Mançester Yunayted"in ingiltərəli yarımmüdafiəçisi Kobi Meyno üçün rəsmi təklif  hazırlayır.

Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, London klubu 20 yaşlı futbolçu 40 milyon avro ödəməyə hazırdır.

Meyno "Mançester Yunayted"dən ayrılmaq fikrində qətidir. O daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.

Qeyd edək ki, sözü gedən oyunçu bu mövsüm çıxış etdiyi 7 matçda 1 məhsuldar ötürmə müəllifi olub.