"Vest Hem"dən "Milan"a doğru
"Vest Hem Yunayted"in hücumçusu Niklas Füllkruq "Milan"a transfer olmağa yaxındır.
Sportline.az xəbər verir ki, London klubu almaniyalı oyunçusunu satmaq fikrində qətidir.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, N.Füllkruq bu mövsüm 9 rəsmi matçda iştirak edib, məhsuldarlıq göstəricisi isə yoxdur.