Vilfred Zaha məşqlərə qayıdıb
"Qalatasaray"da qripdən sağalan Zaha məşqlərə geri dönüb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İngiltərəyə transferi gündəmdə olan Zaha yenidən "Qalatasaray"ın məşqlərinə qoşulub.
31 yaşlı futbolçu qrip olduğuna görə ötən gün ÇL-da "Yanq Boys"a qarşı keçirilən oyunun heyətində yer almamışdı.
Zahanın Türkiyə klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.
Xatırladaq ki, "Qalatasaray" Super Liqanın 4-cü turunda "Adana Demirspor"la qarşılaşacaq.