Villi Sanyol təhqir olunur
Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol xoşagəlməz vəziyyətlə üzləşib.
Sportline.az xəbər verir ki, fransalı mütəxəssis təhqirlərə məruz qalıb.
"Məni hər gün hansısa gicbəsərlər təhqir edirlər. Ona görə gicbəsərlər deyirəm ki, onlar məni futbol mövzusuna görə yox, siyasi aspektdə günahlandırılar. Daha dözə bilmirəm. Mən baş məşqçiyəm. Bu, sizə aydındır? Kimin oynayıb-oynamayacağına mən qərar verirəm. Vəssalam", - deyə Sanyol "The Sun"a açıqlamasında bildirib.
Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə Sanyolun heyəti siyasi məqamlara əsasən müəyyənləşdirdiyi deyilirdi.