Vinsent Abubakarın yeni komandası müəyyənləşir

"Beşiktaş"ın yollarını ayırmaq istədiyi kamerunlu hücumçu Vinsent Abubakar karyerasını digər Super Liqa klubunda davam etdirə bilər.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Hatayspor" klubu 32 yaşlı oyunçu ilə anlaşmağa yaxındır.

"Beşiktaş" Abubakarla yanaşı Aleks Çembrleyn və Daniel Amarti ilə də yollarını ayırmaq istəyir.

2023-cü ildən Beşiktaşa keçən təcrübəli futbolçu meydana çıxdığı 62 oyunda 20 qol vurub.

Qeyd edək ki, İstanbul klubu bu 3 futbolçunun adını UEFA-nın iştirak ərizəsinə daxil etməyib.