Vinçenzo Montella "Sivasspor" klubunu ziyarət edib

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella "Sivasspor" klubunu ziyarət edib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, italiyalı mütəxəssis 7-ci turun açılış matçı olan "Sivasspor"-"Başakşehir" görüşünü stadiondan izləyib.

Montella səfər çərçivəsində “Sivasspor”un baş məşqçisi Bülent Uyqun ilə görüşüb və türk futbolunun gələcəyi, infrastruktur sərmayələri və “Sivasspor”un inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.

Bülent Uyqun Montellaya məşq elmi ilə bağlı yazdığı kitabı hədiyyə edərək, Dünya Kuboku yolunda uğurlar arzulayıb.

Qeyd edək ki, "Sivasspor" klubu Super Liqada  7 turdan sonra 8 xal toplayıb.