Vinisius getsə, Haaland gələcək
"Real Madrid" brazilyalı futbolçusu Vinisius Junior klubdan ayrılacağı təqdirdə, Erlinq Haalandı transfer etməyə çalışacaq.
Sportline.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, "Bavariya" və "Paris Sen-Jermen" Vinini transfer etmək üçün hərəkətə keçib.
Haalandın transfer qiyməti 180 milyon avrodur.
Qeyd edək ki, Madrid təmsilçisi Vini üçün 200 milyon avro tələb edir.
 
 
                                     
                     
                 
                 
                 
                 
                