Vini klubsuz qala bilər
“Real Madrid” ulduzu Vinisius Junior Avropada klubsuz qala bilər.
Sportline.az xəbər verir ki, fransalı jurnalist Romain Molina-nın yaydığı məlumata görə, futbolçunun agentləri Avropanın bir çox klubuna onu təklif etsə də, heç bir real maraq yoxdur.
Məlumata əsasən, 25 yaşlı vingerin nümayəndələri mümkün transfer üçün “bütün variantları” yoxlasa da, nəticə əldə olunmayıb.
Hətta transfer bazarında aktivliyi ilə tanınan “Çelsi” belə hazırda bu keçiddə maraqlı deyil.