Vini qərarını verdi

Vinisius Junior "Real Madrid" klubundakı gələcəyi ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, 25 yaşlı cinah hücumçusu mövsümün sonunda klubdan ayrılmağı düşünür.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Braziliyalı ulduz futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Müqaviləsinin bitməsinə 18 aydan az vaxt qaldığı üçün klubla nümayəndələri arasında yeni müqavilə ilə bağlı danışıqların bərpa olunması gözlənilirdi.

Lakin azarkeş dəstəyinin zəifləməsi Vinisiusu yayda komandadan ayrılmaq fikrinə daha açıq edə bilər.