Vini qərarını verdi

“Real Madrid”in futbolçusu Vinisius Junior gələcək karyerası ilə bağlı qərarını verib.

Sportline.az xəbər verir ki, braziliyalı futbolçu “Real Madrid” klubu ilə yeni müqavilə üzrə maddi şərtlərdə razılıq əldə olunmasa, müqaviləsinin sonunadək komandada qalacaq və daha sonra azad agent kimi klubdan ayrılacaq.

Məlumata görə, Vinisius yeni müqavilədə Kilian Mbappe ilə eyni maaşı tələb edir. Lakin tərəflər arasında maliyyə şərtləri ilə bağlı hələlik razılıq əldə olunmayıb.

Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi 2027-ci ildə yekunlaşır.

Banner