Vini "Real"la yeni müqavilə imzalamağa yaxındır

"Real Madrid" Vinisiusla yeni müqavilə imzalamaq niyyətindədir.

Sportline.az "Diario As"a istinadən xəbər verir ki, brazilyalı futbolçu bu təklifə müsbət cavab verəcək.

25 yaşlı futbolçu Madrid klubundan ayrılmaq niyyətində deyil.

Qeyd edək ki, Vini 2018-ci ildən "los blankos"da çıxış edir. O, cari mövsüm meydana çıxdığı 43 matçda 17 qol, 12 asistlə yadda qalıb.