Vini "Real"la yeni müqavilə imzalayacaq
"Real Madrid" Vinisiusla yeni müqavilə imzalamaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ramon Alvarez de Mon məlumat yayıb.
25 yaşlı ulduz futbolçunun klubla hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Vini 2018-ci ildən "los blankos"un şərəfini qoruyur.