Virts getsə, o gələcək

"Bayer"in almaniyalı ulduzu Florian Virtsin "Liverpul"a transfer olacağı təqdirdə, klub "Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qrilişi heyətinə qatmağa çalışacaq.

Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, Leverkuzen klubu Qriliş üçün "Mançester Siti"yə 30 milyon avro ödəməyə hazırdır.

29 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Qriliş Mançester klubundan ayrılmağa müsbət yanaşır.