Vişvanatan Anand Vüqar Həşimov Şahmat Akademiyasında

"Shamkir Chess 2019" superturnirinin iştirakçısı, sabiq dünya çempionu Vişvanatan Anand yarışdan sonra Bakıya gəlib.

Sportline.az xəbər verir ki, hindistanlı qrossmeyster Anand Vüqar Həşimov Şahmat Akademiyasında olub. Akademiyadakı şəraitlə tanış olan şahmatçı uşaqlara ustad dərsləri keçib. Akademiyanın xatirə kitabına ürək sözlərini yazan Anand Azərbaycanı tərk etməzdən öncə 2-ci Fəxri Xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edib.