Vitali Rəhimovun medalı qazaxıstanlıya verildi

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizi müsbət nəticə verən güləşçimiz Vitali Rəhimovun qazandığı gümüş medalın yeni sahibi müəyyənləşib.

SportLine.az Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, gümüş medal onun yarımfinalda məğlub etdiyi  Nurbaxıt Tengizbayevə (Qazaxıstan) verilib.

Qərara əsasən, Tengizbayevin olimpiada vaxtı əldə etdiyi bürünc medal onun 3-cü yer uğrunda görüşdə qalib gəldiyi  Tszyan Şenə (Çin) çatıb.