Vitor Roke karyerasını "dumanlı albion"da davam etdirə bilər

"Palmeyras"ın brazilyalı futbolçusu Vitor Roke İngiltərə nəhənglərinin maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" 20 yaşlı forvardı heyətinə qatmaq istəyir.

Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

Qeyd edək ki, V.Roke cari mövsüm meydana çıxdığı 50 matçda 17 qol, 5 asistlə yadda qalıb.