Vitor Roke ölkəsinə qayıdır

"Real Betis"də icarə əsasında çıxış edən Vitor Roke karyerasını Brazilyada davam etdirməyə yaxındır.

Sportline.az "Geglobo"ya istinadən xəbər verir ki, "Palmeyras" V.Rokeni transfer etmək üçün hərəkətə keçib.

19 yaşlı futbolçu müqavilə əsasında "Barselona" klubuna məxsusdur.

Qeyd edək ki, Roke "Palmeyras"a transfer olmaq istəyir.

O "Betis"in heyətində bu mövsüm çıxış etdiyi 29 matçda 7 qol və 2 asistlə yadda qalıb.

Rokenin hazır ki dəyəri "Transfermarkt" portalına görə 20 milyon avro olaraq qiymətləndirilir.