Vlahoviç London nəhənginə transfer ola bilər

"Tottenhem" yanvar ayında heyətinə yeni hücumçu transfer etməyi düşünür.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Yuventus"un serbiyalı forvardı Duşan Vlahoviç London klubundan təklif alıb.

25 yaşlı futbolçu bu təklifi dəyərləndirəcək. Oyunçunun Turin klubunun rəhbərliyi ilə münasibəti yaxşı deyil.

Qeyd edək ki, Vlahoviçin transfer qiyməti 40 milyon avrodur.