Vlahoviç Turində qalacaq

"Yuventus" serbiyalı forvardı Duşan Vlahoviçlə yeni müqavilə bağlayacaq.

Sportline.az xəbər verir ki, bu haqda insayder Nikolo Şıkira məlumat yayıb.

26 yaşlı hücumçunun klubla hazırki sözləşməsi bu ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, D.Vlahoviçin dəyəri 35 milyon avrodur.