Vlahoviç “Yuventus”dan ayrılmağa hazırlaşır
"Yuventus"un serbiyalı forvardı Duşan Vlahoviç klubdan ayrılmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
"Mançester Yunayted" və "Milan" Vlahoviçi transfer etmək istəyən klubların siyahısında yer alır.
Qeyd edək ki, 25 yaşlı futbolçunun "qoca sinyora" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.