Vlahoviç "Yuventus"la yeni müqavilə imzalayacaq

"Yuventus" serbiyalı forvardı Duşan Vlahoviçlə yeni müqavilə imzalamaq niyyətindədir.

Sportline.az xəbər verir ki, Turin klubu təcrübəli hücumçunu satmaq istəmir.

Bu haqda insayder Nikola Şıkira məlumat yayıb.

Qeyd edək ki, D.Vlahoviç cari mövsüm meydana çıxdığı 17 matçda 6 qol, 2 asistlə yadda qalıb.