Vlahoviç "Yuventus"u tərk edə bilər

"Yuventus"un forvardı Duşan Vlahoviç klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, təcrübəli hücumçunun karyerasını İngiltərə Premyer Liqasında davam etdirmə ehtimalı var.

"Calciomercato" nəşrinin yaydığı məlumata görə, "Çelsi" və "Nyukasl Yunayted" 26 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, Vlahoviç cari mövsüm meydana çıxdığı 17 matçda 6 qol, 2 asistlə yadda qalıb.