Voleybol millimiz Vətənə qayıtdı
Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Vətənə qayıdıb.
Sportline.az xəbər verir ki, AVRO-2023-ə vəsiqə əldə etmiş yığmanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Voleybol Federasiyasının rəsmiləri, idmançıların yaxınları, media nümayəndələri qarşılayıblar.