"Volfsburq"u "Tottenhem"ə dəyişəcək

"Volfsburq"un yunanıstanlı mərkəz müdafiəçisi Konstantinos Koulierakis karyerasını "Tottenhem"də davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, bu haqda "TBR Football" nəşri məlumat yayıb.

21 yaşlı stopperin transfer qiyməti 25 milyon avrodur.

Qeyd edək ki, K.Koulierakis bu mövsüm 11 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.