Volkan Demirel "Hatayspor"da

"Hatayspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, Superliqa təmsilçisini Volkan Demirel çalışdıracaq. Bu barədə klubun fəxri prezidenti Lütfü Savaş Türkiyə mətbuatına açıqlamasında bildirib. O, 40 yaşlı mütəxəssislə razılaşdıqlarını və yaxında rəsmi sözləşmə imzalayacaqlarını vurğulayıb.

Volkan bu vəzifədə 2 gün əvvəl istefaya göndərilən Serkan Özbaltanı əvəzləyəcək.

Qeyd edək ki, V.Demirelin son klubu "Fatih Karagümrük" olub. O, 2021-2022-ci illərdə bu komandanı çalışdırıb.