Volkan Demirel Süper Liqa klubu ilə anlaşıb

Son olaraq "Hatayspor"u çalışdıran Volkan Demirəl yeni macəraya çıxmağa hazırlaşır. 

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 42 yaşlı mütəxəssisin "Adana Demirspor"la anlaşdığı iddia edilir.

Futbolçuluq karyerasını bitirdikdən sonra “Fənərbaxça”da köməkçi məşqçi vəzifəsini icra edən Volkan Dəmirəl baş məşqçilik karyerasına  isə “Fatih Karagümrük”də başlayıb.

O, futbolçuluq dönəmində 17 il "Fənərbağça"nın şərəfini qoruyub.

Qeyd edək ki, "Adana Demirspor" klubu ötən günlərdə baş məşqçi Mişel Valkanislə yollarını ayırdığını açıqlamışdı.