Volkan Demirel derbi öncəsi maraqlı açıqlamalar verib

"Fənərbağça" klubun sabiq qapıçısı Volkan Demirel şənbə günü keçiriləcək "Qalatasaray" ilə derbi oyunu öncəsi öz fikirlərini bölüşüb.

Sportline.az Asistanaliz.com saytına istinadən xəbər verir ki, Volkan Demirel qonaq olduğu verlişdə bu fikirləri səsləndirib.

"Şənbə günü baş tutacaq derbiyə çıxsam, yenə hər zamanki performansımı ortaya qoyaram. Biraz çəkim artıb, lakin 3-4 gün məşq edib əvvəlki durumumu bərpa edə bilərəm" deyə keçmiş qapıçı bildirib.

Qeyd edək ki, Volkan Demirəl 17 il çıxış etdiyi "Fənərbağça" klubunda 5 dəfə Türkiyə Liqasının,  3 dəfə Türkiyə Super Kubokunun,  2 dəfə isə Türkiyə Kubokunun qalibi olub.