“Vorriors” “Sakramento Kinqs”dən güclü oldu
Milli Basketbol Assosasiyasının (NBA) müntəzəm çempionatının başlamasına sayılı günlər qalıb. Komandalar yoxlama matçlarında qüvvələrinə sınayıblar.
Sportline.az xəbər verir ki, gecənin maraqlı görüşlərindən birində “Qolden Steyt Vorriors” “Sakramento Kinqs”i 109:106 hesabı ilə məğlub edib.
Matçın ən məhsuldar basketbolçusu “Qolden Steyt Vorrios”un oyunçusu Moses Modi olub. 23 xal 3 ribaund.
“Sakramento Kinqs”in ən məhsuldar oyunçusu isə Deyron Foks olub.19 xal 6 ribaund 3 asist.
Qeyd edək ki, “Vorrios”un ulduz basketbolçusu Stefen Köri 15 dəqiqə meydanda olub. 6 xal 3 ribaund 4 asistlə yadda qalıb.