"Vulverhempton"dan yeni transfer həmləsi
"Vulverhempton" "Almeriy"nın ispaniyalı futbolçusu Mark Pubilli heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda Matteo Moretto məlumat yayıb.
İngiltərə klubu 22 yaşlı sağ cinah müdafiəçisi üçün 15 milyon avro təklif edib. "Almeriya"nın rəhbərliyi bu təklifə müsbət cavab verib.
Qeyd edək ki, transfer bu həftə tamamlanacaq.