"Vüqar Həşimov" klubu Avropa kubokunda mübarizəyə başlayır

Bu gün Şimali Makedoniyanın Struqa şəhərində şahmat üzrə klublararası Avropa Kuboku turnirinin görüşlərinə start veriləcək.

Sportline.az xəbər verir ki, 38 komandanın iştirak etdiyi yarışda "Vüqar Həşimov" klubu da mübarizə aparacaq.

Təmsilçimiz ilk turda İrlandiyanın "Qonzaqa' klubu ilə qarşılaşacaq.

Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıb. Kapitan Anar Allahverdiyevdir.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət Avropa Kubokuna sentyabrın 25-də yekun vurulacaq. Mükafat fondu 44 min avrodur.