Vüsal İsayev: "Biz də istəyərik ki, Yüksək Liqada çıxış edək"

"1-ci Liqanın çempionu olmuşuq. Biz də istəyərik ki, Yüksək Liqada çıxış edək. Yekun qərarı gözləyirik. Yəqin ki, 1 aya hər şeyə aydınlıq gələr".

Bunu Sportline.az saytına açıqlamasında futzal üzrə 1-ci Liqanın qalibi "Şamaxı"nın kapitanı Vüsal İsayev deyib.

O, ümumi olaraq mövsümü belə dəyərləndirib: "1-ci Liqa hər zaman çətin olur. Oynayanlar bilir. Bu mövsüm də güclü klublarla qarşılaşdıq. Çempionatı da 1-ci pillədə bitirdik. Pley-offda da finalda qalib gəlib çempion olduq. Futzalın əfsanələri də bu liqada oynayır. Düzgün transferlərlə də çempionluğa doğru addımladıq".