Vüsal oynadı, komandası uduzdu
Millimizin üzvü Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" Albaniya Superliqasında 31-ci turun oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda səfərdə “Elbasani” ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
"Elbasani" - "Partizani" - 3:0
Qollar: Ze Qomes, 56, Blaise Tsaque, 89, Klevis Kasa, 90+3
Meydana start heyətində çıxan Vüsal İsgəndərli 62-ci dəqiqədə Dieqo Contrerasla əvəzlənib.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Partizani" 44 xalla 5-ci yerdədir.