Xames Rodriges "Real"da qalır

“Real”ın kolumbiyalı yarımmüdafiəçisi Xames Rodriges Madrid klubunu tərk etməyəcək. Sportline.az xəbər verir ki, futbolçu son vaxtlar yayılan şaiyələrə aydınlıq gətirib: “Çətin anlar hər bir futbolçunun həyatında olur. Düşünürəm ki, problemlər arxada qalıb. Mən “Real”ı tərk etmirəm”. Xatırladaq ki, İspaniya kubokunun 8-də bir finalında “Sevilya” ilə oyunun  (3-0) qəhrəmanı olan Xames rəqib qapısına 2 qol vurub.