Xames Rodrigesin yeni klubu müəyyənləşdi
"Real"ın yarımmüdafiəçisi - Xames Rodriges karyerasını Bundesliqada davam etdirəcək. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, futbolçu qarşıdakı iki mövsümdə "Bavariya"nın şərəfini qoruyacaq.
Kolumbiyalı ulduz icarə əsasında Münhen klubunda çıxış edəcək. Almaniya təmsilçisi "Real"a 15 milyon avro icarəhaqqı ödəyəcək.