Xavi Simons "Leipziq"dən ayrılmaq istəyir
"Leipziq"in niderlandlı futbolçusu Xavi Simons klubdan ayrılmaq istədiyini açıqlayıb.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Çelsi", "Arsenal" və "Bavariya" Xavini transfer etmək istəyən klubların siyahısında yer alır.
22 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Çelsi" Simons üçün 70 milyon avro ödəməyə hazırdır.