Xavi Simons London klubu ilə anlaşdı

"Leipziq"in niderlandlı futbolçusu Xavi Simons bu həftə Londona gələcək.

Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçu "Tottenhem" klubuna transfer olacaq.

Bu haqda nüfuzlu "Bild" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Çelsi" X.Simons transferindən imtina edib. "Zadəganlar" "Barselona"nın ispaniyalı futbolçusu Fermin Lopezi heyətə cəlb etməyi düşünür.