Xavi Simonsun transfer qiyməti açıqlanıb

"Leipziq" niderlandlı futbolçusu Xavi Simonsun transfer qiymətini açıqlayıb.

Sportline.az "Sky SportDE"yə istinadən xəbər verir ki, Almaniya klubu Xavi Simons üçün 80 milyon avro tələb edir.

21 yaşlı futbolçunun "Leipziq"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Simons yanvar ayında "Paris Sen-Jermen"dən "Leipziq"ə 50 milyon avro qarşılığında transfer olmuşdu.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Xavi Simons "Barselona" yetirməsi sayılır.