Xavi Simonsun transfer qiyməti bəlli olub

"Leipziq" niderlandlı futbolçusu Xavi Simonsun transfer qiymətini açıqlayıb.

Sportline.az "Sky Sports Germany" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu X.Simons üçün 70 milyon avro tələb edir. 

21 yaşlı futbolçunun "Leipziq"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Simons bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 10 qol və 6 asistlə yadda qalıb.