Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub
"Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub.
Sportline.az xəbər verir ki, yarışın son günündə idmançılar vertikal növdə güclərini sınayaraq birincilik uğrunda mübarizə aparıblar.
Vertikal növün nəticələrinə əsasən qızlar arasında U-18 kateqoriyasında Anastasiya Pşenicnaya (Rusiya) birinci yerə çıxıb. Natalia Babrovska (Polşa) ikinci, Rabia Bulut (Türkiyə) isə üçüncü yerin sahibi olub.
Eyni yaş kateqoriyasında oğlanlar arasında Matei Petre (Rumınya) ilk pillədə qərarlaşıb. Adam Hubak (Slovakia) və Aleks Kulanqa (Slovakiya) 2-ci və 3-cü yerləri bölüşüblər.
U-20 yaş kateqoriyasında Marina Anastasova (Bolqarıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci və üçüncü yerləri isə Türkiyə təmsilçiləri Gülnur Sağır və Sultan Evci Sueda tutublar. Oğlanlar arasında Valter Silas (Almaniya) qızıl medala sahib çıxıb. Marek Foltyen (Çexiya) gümüş, Malte Lessinq (İsveçrə) isə bürünc medal qazanıb.
U-23 yaşadək qızlar arasında Tib Dezeyn (İsveçrə) ilk pillədə qərar tutub. İrina Umnitsina (Fərdi Neytral İdmançı) və Darya Zinçenko (Fərdi Neytral İdmançı) 2-ci və 3-cü yerləri bölüşüblər. Oğlanlar arasında Yuliyan Tritşer (Avstriya) qızıl medal əldə edib. Silvano Volf (Avstriya) gümüş, Loik Dubois (İsveçrə) isə bürünc medalla kifyətlənib.
Böyüklər arasında qadınların yarışında Sara Dreyer (Avstriya) qızıl , Culia Murada (İtaliya) gümüş, Karaline Ulrik (İsveçrə) bürünc medal qazanıb. Kişilər arasında isə Remi Bonet (İsveçrə) birinci, Qay Aurelien (İsveçrə) ikinci, Kristof Hokenvarter isə (Avstriya) üçüncü nəticə göstərib.
Yarışda milli komandanın üzvü Nurid Şəkərəliyev öz kateqoriyasında 5-ci yerə sahib olub.
Qeyd edək ki, Avropa Çempionatı və Dünya Kuboku Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarışlarda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edib.